Azərbaycan yığması Avropa çempionatında ilk oyununa çıxacaq

Azərbaycan yığması Avropa çempionatında ilk oyununa çıxacaq
10:17 25 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2017-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq. "Report"un məlumatına görə, Rumıniyada təşkil olunan IV seçmə qrupda ilk rəqib İngiltərə yığması olacaq.
Vüqar Məmmədin rəhbərlik etdiyi komanda oktyabrın 27-də Avstriya, oktyabrın 30-da isə ev sahibi Rumıniya ilıə qarşılaşacaq. Elit mərhələyə vəsiqə qazanmaq istəyən yığma ya qrupda ilk iki pillədən birini tutmalı, ya da üçüncü yerdə qərarlaşan ən yaxşı 5 komandalardan biri olmalıdır. Milli üzvləri son hazırlıq prosesini Serbiyada keçib. Komandada yer alan 18 futbolçudan 6-sı legionerdir. 
Artıq Rusiya, İrlandiya, Fransa, Hollandiya, Macarıstan, İsveç, Finlandiya, İspaniya, Slovakiya, Şotlandiya, Portuqaliya, Türkiyə və Norveç yığmaları elit mərhələyə vəsiqəni təmin edib.
Avropa çempionatı, seçmə mərhələ, VI qrup
20:00. İngiltərə - Azərbaycan
Baş hakim: Fyodor Zammet (Malta)
Yan xətt hakimləri: Luke Portelli (Malta), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Katalin Qaman (Rumıniya)
Buftea. RFR-in futbol mərkəzi
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2017-ci ildə Xorvatiyada keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-yigmasi-avropa-cempionatinda-ilk-oyununa-cixacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR