Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-dan Türkiyə XƏBƏRDARLIĞI

ABŞ-dan Türkiyə XƏBƏRDARLIĞI

Date: 25 October 2016 10:28

Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terror təhlükəsinin əvvəlki kimi yüksək olması barədə xəbərdarlıq edib.

Məlumata görə, bazar günü dərc olunan xəbərdarlıqda bildirilir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terrorçu qruplaşmalar tərəfindən yüksək təhdid barədə xəbərdarlıq etməkdə davam edir: "Amerikalılar Türkiyənin cənub-şərq hissəsinə səfərlərdən çəkinməli, ümumiyyətlə, ölkəyə səyahətlə bağlı riski diqqətlə öyrənməlidirlər"

Sənəddə "Türkiyədə iri tədbirlər zamanı, turizm bölgələrində, restoranlarda, ticarət mərkəzlərində, dini ibadət yerlərində, avtobuslarda, körpülərdə, aeroportlarda, metroda və dəniz limanlarında yeni hücumlar"ın ehtimal olunduğu qeyd edilir. (Trend)


Tags:  ABŞ-dan Türkiyə XƏBƏRDARLIĞI

RƏYLƏR


Top news