Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: “Ərdoğan öldürüləcəkdi, yerinə ...”

Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: “Ərdoğan öldürüləcəkdi, yerinə ...”
10:33 25 Oktyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

“Əgər 15 iyul hadisələri zamanı Türkiyədə qiyam baş tutsaydı, prezident Rəcəb Tayyib Ərdoğan öldürüləcəkdi”.

Publika.az Türkiyənin “Axşam” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ-dan olan tanınmış tarixçi və politoloq Enqdal Frederix Uilyam bəyan edib.

O deyib ki, əslində, Fətullah Gülən 15 iyul hadisələrini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) istəyi ilə həyata keçirib:

“Əsas məqsəd son vaxtlar Türkiyənin müstəqil siyasət aparmasının qarşısını almaqdır. Çünki Ərdoğan bəzən ABŞ-ın maraqlarına zidd addımlar atır. Misal üçün, Türkiyə-Rusiya yaxınlaşması heç bir halda ABŞ-ı qane edə bilməz. Ərdoğan Rusiya ilə yaxınlıq siyasətini ABŞ-ın maraqlarını nəzərə almadan edir. Buna görə də ABŞ 15 iyul hadisələri ilə Türkiyədə hakimiyyəti dəyişməyə cəhd edib. Əgər 15 iyulda Türkiyədə qiyam baş tutsaydı, Ərdoğan öldürüləcəkdi. Onun yerinə isə NATO meylli bir şəxs prezident təyin olunacaqdı. Həmin prezident isə ABŞ-ın istəyi ilə Türkiyə torpaqlarında “Kürdüstan dövləti”nin yaradılmasına da razılıq verməyə hazır olacaqdı. Ancaq prezident Ərdoğan CİA-nın bu planlarını pozdu”.

Xatırladaq ki, Enqdal Frederix Uilyam bu ilin fevralında verdiyi açıqlamasında bəyan etmişdi ki, CİA Fətullah Gülənin əli ilə Türkiyədə dövlət çevrilişi hazırlayır. Bu proqnoz dəqiq çıxır və sözügedən açıqlamadan bir neçə ay sonra, iyulun 15-də Türkiyədə Gülən şəbəkəsi tərəfindən qiyama cəhd olunub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR