Rabitə və yüksək texnologiyalar naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
10:42 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 28-də, saat 12:00-da Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, qəbul Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhali üçün nəzərdə tutulub.
Vətəndaşlar onlara göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə nazirə müraciət edə bilərlər.
Qəbulda iştirak etmək istəyənlərdən mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/rabite-ve-yuksek-texnologiyalar-naziri-agcabedide-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR