Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Oteldə PARTLAYIŞ - 12 nəfər ölüb, dağıntılar altında qalanlar var

Oteldə PARTLAYIŞ - 12 nəfər ölüb, dağıntılar altında qalanlar var

Filippində mağazada partlayış: 4 ölü, 23 yaralı (26 Mart 2017 19:57)
Moskvada partlayış təhlükəsi - 300 nəfər təxliyə edildi (26 Mart 2017 18:32)
Britaniyada partlayış: yaralılar var (26 Mart 2017 08:05)

Tarix: 25 Oktyabr 2016 10:42

Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində xaricilər üçün oteldə partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 12 nəfərin ölməsi barədə məlumat verilib.

Polisin verdiyi məlumata görə, 10 nəfər məktəbə daxil olmaq üçün gəlmiş şəxs olub, bir nəfər isə onları müşayiət edən şəhər sakini olub. Partlayışın 12-ci qurbanı haqqında hələ məlumat yoxdur.

Hadisə yerində xilasetmə işləri aparılır. Hazırda dağıntılar altından 10 nəfərin çıxarıldığı bildirilir, dağıntılar altında daha nə qədər adam olması barədə dəqiq məlumat yoxdur.

Polis binada yenə partlayışlar olmasından ehtiyat edir. Partlayışın "Əş-Şəbəb" terror birləşməsi tərəfindən törədilməsi ehtimal edilir.

Milli.Az


Teqlər:  Oteldə PARTLAYIŞ 12 nəfər ölüb dağıntılar altında qalanlar var



RƏYLƏR


Top xəbərlər