Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yarım milyon da belə məhv edildi

Yarım milyon da belə məhv edildi

Date: 25 October 2016 10:47

Bu ilin 9 ayı ərzində Azərbaycanda yol təsərrüfatına yarım milyon manatdan çox ziyan dəyib.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 9 ayı ərzində  respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6783,1 p/m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p/m səs boğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşüb. Ümumilikdə yol təsərrüfatına 593 238,0 manat məbləğində maddi ziyan dəyib, bundan 294 871,0 manat (49,7%) ödənilib.

Dəymiş ziyanın ödənilməsi məqsədilə 334 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 51 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 105 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün isə onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

İlkin İzzət

Milli.Az


Tags:  Yarım milyon belə məhv edildi

RƏYLƏR


Top news