Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ xəbərdarlıq edir: Türkiyədə...

ABŞ xəbərdarlıq edir: Türkiyədə...

Tarix: 25 Oktyabr 2016 10:52

Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terror təhlükəsinin əvvəlki kimi yüksək olması barədə xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bazar günü dərc olunan xəbərdarlıqda bildirilir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terrorçu qruplaşmalar tərəfindən yüksək təhdid barədə xəbərdarlıq etməkdə davam edir:

"Amerikalılar Türkiyənin cənub-şərq hissəsinə səfərlərdən çəkinməli, ümumiyyətlə, ölkəyə səyahətlə bağlı riski diqqətlə öyrənməlidirlər".

Sənəddə "Türkiyədə iri tədbirlər zamanı, turizm bölgələrində, restoranlarda, ticarət mərkəzlərində, dini ibadət yerlərində, avtobuslarda, körpülərdə, aeroportlarda, metroda və dəniz limanlarında yeni hücumlar"ın ehtimal olunduğu qeyd edilir.

Milli.Az


Teqlər:  ABŞ xəbərdarlıq edir Türkiyədə



RƏYLƏR


Top xəbərlər