Dekabrda dollar bahalaşa bilər

Dekabrda dollar bahalaşa bilər
10:53 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

FED-in dekabr ayında faizləri artıracağı ilə bağlı gözləntilər 71 faizə çatıb.

Publika.az xəbər verir ki, iki gün əvvəl bu göstərici 68 faiz idi. FED-in faiz artımına getmə ehtimalındakı yüksəliş qurum yetkililərinin son açıqlamalarından irəli gəlir.

Federal Açıq Bazar Komitəsində (FOMC) səs vermə haqqına sahib, FED-in Çikaqo üzrə başqanı Çarles Evans 2017-ci ilin sonuna qədər üç faiz artım gözləndiyini deyib.

Bundan əlavə ABŞ-da açıqlanan oktyabr ayı üzrə istehsal rəqəmləri gözləntilərdən yaxşı olub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/173419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR