Antalyada partlayış: yaralılar var – VİDEO

Antalyada partlayış: yaralılar var – VİDEO
10:53 25 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Antalya Ticarət və Sənaye Palatasının binasında partlayış baş verib.

Publika.az DHA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir avtomobil tamamilə yararsız vəziyyətə düşüb, daha 4 avtomobil və ətrafdakı binalar zərər görüb.

Hadisənin terror olub-olmadığı araşdırılır. Minalanmış avtomobilin partladıldığı iddia edilir. Ancaq səlahiyyətlilər bu məlumatı hələ təsdiqləmirlər.

Bina tamamilə boşaldılıb və ikinci bir partlayış ehtimalı ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Şüşə qırıntılarından yaralananlar xəstəxanalara aparılıb.

Ömər Dağlı




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR