Atatürklə Rəsulzadənin gizli qarşıdurması və... – TARİXİN QARANLIQ ÜZÜ

Atatürklə Rəsulzadənin gizli qarşıdurması və... – TARİXİN QARANLIQ ÜZÜ
11:03 25 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bizdən soruşmadan torpağımızdan keçən hər-hansı qüvvə dostumuz deyil, düşmənimizdir... Gələn rus ordusudur. Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcək. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu kəmali-nifrətlə rədd edirik”.

Məmməd Əmin Rəsulzadə. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin son iclasındakı çıxışı.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Rəsulzadənin münasibətlərinə dair ziddiyyətli məlumatlar var. Kimisinə görə onlar bir-birinə hörmət edən iki şəxsiyyət, kimisinə görə çox yaxın dost, kimisinə görə isə gizli şəkildə bir-birinə düşmənçilik edən insanlar olublar.

Publika.az tarixin ziddiyyətli məqamlarını təqdim edir.

M.Ə. Rəsulzadənin AXC parlamentinin son iclasındakı çıxışı tarixi faktdır. Hansı ki, bu iclasdan bir gün sonra – 28 apreldə bolşeviklər tərəfindən Azərbaycan işğal olundu və 70 il ərzində “28 aprel” müstəqillik günü olaraq bizə sırındı. Lakin Azərbaycanın işğalında Atatürkün rolu nə qədər idi, o, həqiqətənmi şüurlu şəkildə qardaş ölkənin müstəqilliyini satmışdı?

Tarixi ziddiyyətləri nəzərə alaraq, hansısa fikir yürütmək istəyində deyilik. Sadəcə bir-birinin əksi olan, yaxud atılan addımlara haqq qazandıran faktları təqdim edəcəyik.

XIX əsrin əvvəlindəki hadisələrlə bağlı ilk olaraq AXC hökumətində dəmir yolları üzrə baş hakim vəzifəsində çalışan Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabında rast gəlirik. Onun dediklərini gerçək tarix adlandırmağı mümkün edən yeganə səbəb var. Əziz Alpoud siyasi tarix yazmırdı, onun yazdıqları ideologiyadan da uzaq idi. 30 yaşında Azərbaycanı tərk edən və ölümünə (93) qədər vətən həsrətini çəkən bu şəxs sadəcə öz həyatının hekəyətlərini yazırdı. Bu baxımdan, onun AXC dövrünə və bolşeviklərin işğalına dair dedikləri olduqca inandırıcıdır.

O da həyatından bəhs edən əlyazmasında rus ordusunun türklərə kömək üçün Bakıya gəldiyini və şəhəri bir daha tərk etmədiyini yazır.

Azərbaycanı satdılarımı?

Bu tarixi məqamlar fonunda bu yaxınlarda Türkiyənin “Sözçü” qəzetində dərc olunan bir məqalə yada düşür. Qəzetin məqaləsində “Azərbaycanı niyə ruslara satdın?” sualına Atatürkün cavabı yer alıb. Belə ki, qəzet ittihamlar əsasında hazırladığı suallara tarixçi Sinan Meydanın Atatürkün dilindən hazırladığı cavabları təqdim edib.

Tarixçi S.Meydan Mustafa Kamal Atatürkü ən yaxından tanıyan şəxslərdən biridir.

“Azərbaycanı niyə ruslara satdın?” sualına Atatürkün cavabı:

“Mondoros müqaviləsinin 11-ci maddəsinə görə, türk ordusu 1918-ci ildə Azərbaycanı boşaltmaq məcburiyyətində qaldı. Mən Naxçıvana qarşı erməni hücumlarına şiddətlə etiraz etdim. Hətta Naxçıvanın müdafiəsi üçün zabitləri gizli şəkildə bölgəyə göndərdim. Ruslarla razılıq əldə olunması üçün göndərdiyim Yusuf Kemal bəyə “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alaraq əlinizdən gələni edin” əmrini verdim. Daha Qurtuluş savaşı vaxtında Azərbaycanla dost münasibətləri qurdum. 18 noyabr 1921-ci ildə təşkil olunan böyük bir mərasimlə Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin bayrağını şəxsən mən Ankaradakı təmsilçiliyinin binasına taxdım. Həmin vaxt çıxışımda Azərbaycan və Türkiyə xalqlarının qardaş olduğunu diqqətə çatdırdım. “Qardaş Azərbaycan” Qurtuluş savaşında Nərimanovun vasitəsilə bizə maddi yardımlar da göndərib. Azərbaycanla mədəni əlaqələrə böyük önəm verdim. Misal üçün, 1926-cı ildə Azərbaycanda bolşeviklər latın əlifbasına keçdi. Biz də 1928-ci ildə latın əlifbasına keçərək mədəni əlaqələrin zəifləməsinin qarşısını aldıq. Qısası, mən Azərbaycanın azadlığı üçün mübarizə apardım. Həmçinin, bu mübarizəni digər məzlum millətlər üçün də apardım”.

Atatürkün cavabında həmin dövrün siyasi reallıqları öz əksini tapır və “situasiyanı onu yaşamadan dərk etmək mümkün deyil” prinsipi önə çıxır.

Lakin bu məsələdə məşhur türk tarixçisi Kadir Mısıroğlunun dedikləri də diqqət çəkir.

Atatürkün Bakıya göndərdiyi Xəlil paşa azərbaycanlıları aldatdı. O bildirdi ki, rus ordusu Bakıdan keçərək Anadoluya türklərə yardım etmək üçün gedir. Bu ordunun sizinlə əlaqəsi yoxdur. Həmin vaxt yunanlarla müharibə aparan Türkiyəyə hər cür yardım göstərən azərbaycanlılar bunu eşidən kimi geri çəkildilər. Amma ruslar Bakıya gələndən sonra orada da qaldılar. Sonradan Xəlil paşa bunu Atatürkün teleqramları əsasında etdiyini bildirdi. Bununla bağlı tarixi faktlar kifayət qədərdir”, - Mısıroğlu belə deyir.

Məqsədimiz nə Atatürkə, nə də Bakının xilasına kölgə salmaq yox, sadəcə bəzi tarixi məqamlara yenidən işıq tutmaqdır. Və bunun fonunda Rəsulzadə-Atatürk münasibətləri yada düşür.

Rəsulzadə 1922-32-ci illərdə (Atatürkün Türkiyəyə rəhbərlik etdiyi dövrdə) Türkiyədə mühacirətdə yaşayıb. 1923-cü ildə İzmirdə keçirilən kitab festivalında onun “Azərbaycan Cümhuriyyəti (keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti)” kitabı “Atatürk mükafatı”na layiq görülüb. Rəsulzadə 1932-ci ildə Türkiyəni tərk etmək məcburiyyətində qalıb və 15 il sonra – 1947-ci ildə qardaş ölkəyə qayıdıb. Onun Türkiyəni tərk etməsinin səbəbkarı kimi Atatürk göstərilir.
Tarixçilərə görə, Atatürk bunu SSRİ-nin təzyiqinin qarşısını almaq üçün edib.

1934-cü ildə Atatürkün Rəsulzadə haqqında çıxardığı hökm də ona olan münasibətini göstərirdi. Yayılan sənəd Rəsulzadənin 1934-1936-cı illərdə Berlində nəşr etdirdiyi “İstiqlal” qəzetinin Türkiyədə satışığının qadağan olunması ilə bağlıdır.

Türkiyə sərhədləri kənarına çıxarılan Məmməd Əmin Rəsulzadənin Berlində nəşr olunan “İstiqlal” qəzeti məmləkətimiz əleyhinə zərərli yazılar yazdığına görə Mətbuat qanununun 50-ci maddəsinə uyğun olaraq Türkiyədə satılması qadağan edilsin”, - deyə qərarda bildirilir.

1934-cü il oktyabrın 8-də verilən qərar Atatürk tərəfindən imzalanıb.

Bu fakt fonunda Rəsulzadənin AXC parlamentinin sonuncu iclasında çıxışı yada düşür və “Rəsulzadə-Atatürk qarşıdurmasının kökündə duran məsələ budurmu?” sualı yaranır. Lakin istənilən sualların cavabı tarixin arxivindədir və bu gün o arxiv ziddiyyətli olduğu qədər, əlçatmazdır.

AXC dövrü üzrə araşdırmaçı Şirməmməd Hüseynov isə bir müddət öncə mediaya müsahibəsində Atatürkün Rəsulzadəyə münasibətinin çox yaxşı olduğunu bildirib.

“1988-ci ildə sovet jurnalistəri ilə Türkiyəyə getmişdik. Bizi Dolmabaxça sarayına apardılar. Orada Atatürkün iş otağını gəzdik. Gördüm ki, çoxlu kitabar var. Soruşdum ki, bu kitablar arasında Azərbaycana dair bir əsər varmı? Dedilər bir kitab var. Məmməd Əmin Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" əsəri. Götürüb baxdım, 1923-cü ildə ərəb əlifbası ilə nəşr olunmuşdu. Kitabda Atatürkün qeydləri də var idi. Soruşdum ki, Atatürk bu kitab, yaxud onun müəllifi haqda fikirlər deyib? Kitabın arxasını çevirdilər və orada yazılanları oxudular. Mən də dəftərimə köçürtdüm”.

Atatürk Rəsulzadənin kitabında yazırdı:

Mən dünyaya səndən 3 sənə erkən göz açmışam. Amma bütün türk aləmində türkün cümhuriyyət bayrağını ilk dəfə sən qaldırmısan. Bayraq enməsin deyə sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən, enməyəcəkdir”.

Rəsulzadənin Atatürkün vəfatına həsr olunmuş “Kamal Atatürkün vəfatı heç kimi laqeyd buraxmadı. Bəşəri miqyaslı bir hadisəyə çevrildi” sözləri ilə başlayan məqaləsi də diqqətdən yayınmır.

Xoş sözlər və sərt qərarlar, siyasətin sərt üzü, yaxud qarşılıqlı hörmət. Beləliklə, yenə tarixin yoxuşlarında ilişib-qalırıq. Hər halda tarix hər şeyi öz yerinə qoyur.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yəməndə qətliam

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

“Qarabağ” tarixi oyuna çıxır

23 Avqust 2017 21:30

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52