Bakıda ana və oğlunun öldüyü dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR

Bakıda ana və oğlunun öldüyü dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR
11:04 25 Oktyabr 2016
98 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda ana və oğlunun öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, Balaxanı qəsəbəsində “Hyundai Accent” markalı minik avtomobilinin “MAN” markalı yük maşınına çırpılması nəticəsində 2 nəfərin ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. İlkin məlumata görə, hadisə 1978-ci il təvəllüdlü Mərdanova Leyla Soltan qızı idarə etdiyi “Hyundai Accent” ilə ara yoldan Balaxanı-Binəqədi yoluna çıxarkən baş verib. Manevr qaydalarının pozulması və sürət həddinin düzgün seçilməməsi nəticəsində kiçik həcmli minik avtomobili “MAN”a çırpılıb. Nəticədə L.Mərdanova ilə birgə 9 yaşlı oğlu Asəf də vəfat edib.

 

Araşdırmalar davam etdirilir.

 

*****

 

10:16

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində 90 CJ 930 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili "MAN" markalı, 90 CS 649 dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 38 yaşlı qadın və 9 yaşlı oğlan vəfat edib.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Qafqazinfo-nun verdiyi məlumata görə, hadisədə ölənlər ana və oğul olub. Ananın adı Leyla, oğlunun adı isə Asəfdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR