Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yük avtomobili səki ilə hərəkət edən piyadanı vurub

Bakıda yük avtomobili səki ilə hərəkət edən piyadanı vurub

Date: 25 October 2016 11:05

Bakıda səki ilə hərəkət edən gənci yük maşını vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.
Piyada səkisi ilə hərəkət edən 1993-cü il təvəllüdlü Qarayev Sənan Süleyman oğlunu "KamAZ" markalı yük avtomobili vurub. Qəza zamanı yük avtomobili yol kənarı ilə hərəkət edib. Piyadanı görməyən sürücü idarə etdiyi yük avtomobilinin sağ tərəfi ilə ona çırpılıb. S.Qarayev aldığı bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda yük avtomobili səki hərəkət edən piyadanı vurub

RƏYLƏR


Top news