Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib
11:07 25 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycana gəlib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, H.Zalberin səfəri üç gün davam edəcək.
Üç günlük səfər zamanı o, Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə ediləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ai-nin-cenubi-qafqaz-uzre-xususi-numayendesi-azerbaycana-gelib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR