Qubkin Universitetinin tələbələri BANM-də - FOTO

Qubkin Universitetinin tələbələri BANM-də - FOTO
11:12 25 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin (Milli Tədqiqat Universiteti) nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə (BANM) səfər edib. Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineers) Qubkin Universitetində fəaliyyət göstərən tələbə bölməsini təmsil edən 10 magistr tələbənin səfəri BANM-in tələbəsi və SPE-nin BANM-dəki tələbə bölməsinin nümayəndəsi Fəhmin Hüsüzadənin təşəbbüsü ilə BANM-in və SPE-nin Azərbaycan bölməsinin dəstəyi ilə təşkil olunub.

Milli.Az bildirir ki, BANM-də tələbələrin səfər proqramının açılış mərasimi Ali Məktəbin Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayevanın aparıcılığı ilə baş tutub. Sonra moskvalı tələbələri BANM-in rektoru Elmar Qasımov qəbul edib. O, tələbələri Ali Məktəbdə təhsil imkanları barədə ətraflı məlumatlandırıb və qonaqları BANM-in yeni kampusuna səfər etməyə dəvət edib. Tələbələr kampusda yaradılan geniş imkanlarla və şəraitlə yaxından tanış olublar.

Moskvalı tələbələr SOCAR-ın baş ofisində olublar və İ.M.Qubkin adına Rusiya Neft və Qaz Universitetinin neft və qaz yataqlarının işlənməsi fakültəsinin məzunu, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovla görüşüblər. Bundan başqa, onlar Sanqaçal terminalında olublar, BP-Azərbaycan şirkətinin ofisində isə tələbələr üçün təqdimat təşkil olunub. Qonaqlar, həmçinin AMEA-nın Neft-kimya Prosesləri İnstitutunda da olublar.

Bakıya səfər çərçivəsində qonaqlar üçün İçərişəhər, Qız qalası, Dövlət Bayrağı Meydanına səfərlər təşkil olunub. Eyni zamanda, tələbələr Dövlət Tarix Muzeyinə səfər edərək Azərbaycanın qədim tarixi, mədəniyyət və incəsənəti, eləcə də ölkənin neft-qaz sektorunun inkişaf tarixi ilə tanış olublar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR