Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan Qazaxıstandan 1 mln. tondan artıq taxıl alacaq

Azərbaycan Qazaxıstandan 1 mln. tondan artıq taxıl alacaq

Date: 25 October 2016 11:22

Bakı. 25 oktyabr. REPORT.AZ/ Sahibkarların Regional Palatasında Qərbi Qazaxıstanın biznes nümayəndələri ilə Azərbaycan heyəti arasında görüş keçirilib.
"Report"un verdiyi xəbərə görə, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Azərbaycanın "Azersun Holding"i Aktauda iki ölkə arasında idxal-ixrac əməliyyatlarının artmasına imkan verən böyük logistika mərkəzi tikib.
"Əsas məqsəd Qazaxıstan məhsullarının Azərbaycana tədarükünü təmin etməkdir. Həmçinin, yerli istehlakçıları Azərbaycan məhsulları ilə tanış etməkdir. Biz taxılıçılıq sahəsində Qazaxıstanla yaxından əməkdaşlıq edirik. Hər il Qazaxıstandan taxıl alırıq. Bu il Qərbi Qazaxıstan regionundan 1 mln. tondan çox taxıl alacağıq. Son il ərzində Azərbaycanla bu region arasında ticarət dövriyyəsi 25% artıb", - deyə səfir əlavə edib.
Həmçinin, R.Məmmədov qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında turizm əlaqələri yaxşı inkişaf edib. Son il ərzində Azərbaycana səfər edən qazax turistlərinin sayı 17% artıb: "Tursitlərin cəlb edilməsi üçün böyük həcmdə investisiyalar yatırılıb. Xizək turizmi inkişaf etdirilib". 
Bundan başqa, konfrans çərçivəsində ət, taxıl, un məhsullarının alınması və qaz sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Tags:  Azərbaycan Qazaxıstandan mln tondan taxıl alacaq

RƏYLƏR


Top news