Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gürcüstana pul keçirmək istəyən azərbaycanlı tutuldu

Gürcüstana pul keçirmək istəyən azərbaycanlı tutuldu

Date: 25 October 2016 11:22

Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, oktyabrın 23-də "Şıxlı" sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi "Mercedes" markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu DSX əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.

Faktla bağlı əməliyyat-İstintaq tədbirləri davam etdirilir.

Milli.Az


Tags:  Gürcüstana pul keçirmək istəyən azərbaycanlı tutuldu

RƏYLƏR


Top news