Beş Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları uzatdı

Beş Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları uzatdı
11:23 25 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Beş Avropa ölkəsi - Ukrayna, Çernaqoriya, Albaniya, Lixtenşteyn və Norveç Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay uzadıblar.

Publika.az xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının internet-portalında dərc edilən bəyanatda deyilir.

Sentyabrın 15-də Avropa İttifaqı Şurası Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların müddətini 2017-ci ilin martına qədər uzadıb. “Qara siyahı”da 146 vətəndaş və 37 hüquqi şəxs yer alıb. Bəyanatda deyilir ki, beş ölkə anti-Rusiya sanksiyalarının uzadılmasına qoşulub.

Avropa İttifaqı sözügedən ölkələrin bu qərarını alqışlayıb. “Onlar öz milli siyasətini Avropa İttifaqı Şurasının qərarına uyğunluğunu təmin edəcəklər”, - bəyanatda qeyd edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR