Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Arvadını öldürən qısqanc ərə ağır cəza - MƏHKƏMƏDƏN

Arvadını öldürən qısqanc ərə ağır cəza - MƏHKƏMƏDƏN

Abşeronda arvadını xüsusi amansızlıqla öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib (10 Mart 2017 11:47)
Uşaqlarının yanında arvadını bıçaqlayana AĞIR CƏZA (06 Mart 2017 17:49)
Arvadını bıçaqlayan ər: "Gündə 7 dəfə yad kişi ilə..." - FOTO (27 Fevral 2017 12:42)

Tarix: 25 Oktyabr 2016 11:29

 

Həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Tural Kazımov 10 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl bu il iyun ayının 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T. Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub.

 

T.Kazımov ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Onların birgə nikahından 3 azyaşlı övladı qalıb.

 


Teqlər:  Arvadını öldürən qısqanc ərə ağır cəza MƏHKƏMƏDƏN



RƏYLƏR


Top xəbərlər