Yığmamız İngiltərəyə qarşı

Yığmamız İngiltərəyə qarşı
11:32 25 Oktyabr 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda mübarizəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rumıniyada keçiriləcək qrup oyunlarında Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız ilk qarşılaşmada İngiltərə ilə görüşəcək. Matç Buftea şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qrupumuzun digər oyununda meydan sahibləri və Avstriya qarşılaşacaq.
 
Qeyd edək ki, elit-raunda qrupda ilk iki yeri tutanlar, həmçinin üçüncülər arasında ən yaxşı nəticəyə malik 5 yığma vəsiqə qazanacaq.
 
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
VI qrup
I tur, 25 oktyabr
20:00. İngiltərə - Azərbaycan

Hakimlər: Fyodor Zammit, Luke Portelli (hər ikisi Malta), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)
Hakim-inspektor: Gerard Perri (İrlandiya)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Buftea. RFF futbol mərkəzi

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR