Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hilton"un sahibi dəyişir

"Hilton"un sahibi dəyişir

Date: 25 October 2016 11:32

Çinin "HNA Tourism Group" konqlomeratı "Hilton Worldwide Holdings Inc." otellər şəbəkəsinin səhmlərinin 25%-ni (247,5 mln. ədəd səhm) "Blackstone" investisiya fondundan 6,5 mlrd. dollara əldə olunması ilə bağlı razılığa gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, Çin şirkəti hər səhmə görə 26,25 dollar ödəyəcək. Bununla da Çin şirkəti şəbəkənin ən iri səhmdarı olacaq.

Gözlənilir ki, Çin şirkətinin iki nümayəndəsi "Hilton"un Direktorlar Şurasına daxil olacaq. Bununla belə, "Blackstone" şirkətinin iki nümayəndəsi öz portfelini qoruyacaq. Onlardan biri Direktorlar Şurasının sədri Conatan Qreydir.

Bu xəbər yayıldıqdan sonra "Hilton"un səhmləri 1,4% bahalaşıb. Şirkətin kapitallaşması isə 22,7 mlrd. dəyərində qiymətləndirilir. Şirkət 104 ölkədə 4 700-dən artıq daşınmaz əmlaka sahibdir.
 
Qeyd edək ki, Azərbaycanda da "Hilton" brendi altında otel fəaliyyət göstərir. "Hilton Baku" oteli 2011-ci ilin oktyabr ayının 3-də açılıb.

Milli.Az


Tags:  Hiltonun sahibi dəyişir

RƏYLƏR


Top news