Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb

Bu il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb

Date: 25 October 2016 11:37

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Bu ilin doqquz ayında Azərbaycanda qadınlara qarşı 4 552 cinayət törədilib. Zorakılıqla bağlı cinayətlərin sayı isə 1747 olub". 
"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib.
Onun sözlərinə görə, bu hüquqazidd əməllərə görə, 2 104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub: "Cinayətlərin 13 faizi (4552-dən 591-i) və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verib. Hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb".
Şöbə rəisi qeyd edib ki, qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı DİN-ə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır: "Münaqişəli ailələr qeydiyyata götürülərək ətraflarında aidiyyəti qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktik tədbirlər həyata keçirilir".
A.Adıgözəlov əlavə edib ki, bu gün daxili işlər orqanlarında 2 860 qadın xidmət edir: "Onlardan 1 347-si xüsusi rütbəsi olanlar, 1 513-ü mülki işçilərdir".

Tags:  il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb

RƏYLƏR


Top news