Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Beynəlxalq Aeroportu ADA Universitetinin tələbələri üçün ekskursiya təşkil edib - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu ADA Universitetinin tələbələri üçün ekskursiya təşkil edib - FOTO

Date: 25 October 2016 11:37

"Azərbaycan Hava Yolları" (AZAL) ADA Universitetinin tələbələri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tələbələr bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar.

Bundan sonra tələbələr regionda ən böyük logistik mərkəzi olan "Baku Cargo Terminal" yük terminalında olublar.

"Silk Way Business Aviation" biznes-aviasiyası ekskursiyanın növbəti məntəqəsi olub. Burada tələbələr "Gulfstream business-jet" təyyarələri ilə tanış olublar.

Ekskursiya sərnişin təyyarəsini gəzməklə başa çatıb, həmçinin tələbələr pilot kabinəsində olmaq şansı əldə ediblər.

Milli.Az







Tags:  Heydər Əliyev Beynəlxalq Aeroportu ADA Universitetinin tələbələri ekskursiya təşkil edib FOTO

RƏYLƏR


Top news