Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Oğuzda icra nümayəndəliyinin binasından oğurluq olunub

Oğuzda icra nümayəndəliyinin binasından oğurluq olunub

Oğuzda istirahət mərkəzində yanğın (28 Fevral 2017 02:58)
Oğuzda istirahət mərkəzində yanğın oldu (28 Fevral 2017 01:34)

Tarix: 25 Oktyabr 2016 11:42

Bakı. 25 oktyabr. REPORT.AZ/ Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib. "Report"un məlumatına görə, hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb. 
Belə ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olaraq oradan noutbuk, mikrafon və kamera oğurlayıblar. 
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəaliyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər:  Oğuzda icra nümayəndəliyinin binasından oğurluq olunub



RƏYLƏR


Top xəbərlər