Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərdədə iki qardaş həmyerlisinin qızıl əşyalarını oğurlayıblar

Bərdədə iki qardaş həmyerlisinin qızıl əşyalarını oğurlayıblar

Date: 25 October 2016 11:47

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda oğurluq hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə oktyabrın 24-də Bərdə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən şəhər sakini Sandıx Ələkbərovanın evindən qızıl əşyaları oğurlanıb.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Ülvi və onun qardaşı Babək İsmayılovlar tutulub.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalara başlanılıb.

Tags:  Bərdədə iki qardaş həmyerlisinin qızıl əşyalarını oğurlayıblar

RƏYLƏR


Top news