Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb

İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb

Zibillikdə sürüşmə zamanı ölənlərin sayı 113 nəfərə çatdı (16 Mart 2017 02:13)

Tarix: 25 Oktyabr 2016 11:47

"İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyə edilib".

Milli.Az bildirir ki, bunu report-a rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev deyib. 

R.Ağayev qeyd edib ki, İsmayıllı rayonunda sürüşmə zonasında sakinlərin köçürülməsinə başlanılıb: "İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükə daha da artıb. Rayonun Sədiyan kənd sakini Ağalı Əliyev 6 nəfərdən ibarət ailəsi ilə birlikdə evindən təxliyə edilib, daha uç ailəyə xəbərdarlıq edilib. Ümumilikdə sakinlərə bildirmişik ki, əgər sürüşmənin ərazisi genişlənərsə, dərhal evlərini boşaltsınlar və müvəqqəti olaraq qohumlarının evində məskunlaşsınlar".
Qeyd edək ki, sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 və eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. 

Milli.Az


Teqlər:  İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb



RƏYLƏR


Top xəbərlər