Xorvatiya Prezidenti: "Xorvatiya Azərbaycan qazının Balkan ölkələrinə nəqlini səbirsizliklə gözləyir"

Xorvatiya Prezidenti: "Xorvatiya Azərbaycan qazının Balkan ölkələrinə nəqlini səbirsizliklə gözləyir"
11:52 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
“Report”un "AZƏRTAC"a istinadən verdiyi xəbərə görə, göüşdə R.Abdullayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsinə böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın təbii qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin seqmentlərini təşkil edən Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin icra vəziyyəti barədə məlumat verib.
SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladan R.Abdullayev bildirib ki, bu sənəd regionun enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından mühüm addımdır.
Xorvatiya Prezidenti ölkəsinin təşəbbüskarı olduğu İon-Adriatik qaz boru kəməri layihəsinin Avropanın, xüsusilə də Balkan ölkələrinin enerji təhlükəsizliyindəki əhəmiyyətini qeyd edib.
K.Qrabar-Kitaroviç Xorvatiyanın Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin tamamlanaraq İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmaqla Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlini səbirsizliklə gözlədiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/xorvatiya-prezidenti-xorvatiya-azerbaycan-tebii-qazinin-balkan-olkelerine-neqlini-sebirsizlikle-g

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR