Keniyada partlayış olub, 12 nəfər ölüb

Keniyada partlayış olub, 12 nəfər ölüb
11:52 25 Oktyabr 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində əcnəbilər üçün hoteldə baş verən partlayışda ən azı 12 nəfər həlak olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerində xilasetmə işləri həyata keçirilir. Artıq dağıntılar altından on nəfər çıxarılıb. Polis hotelin binasına partlayıcı tələ quraşdırılmasından çəkinir.
Hücumun "Əl-Şabab" terror qrupu tərəfindən törədildiyi güman edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/keniyada-partlayis-olub-12-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR