Şəhidin adına futbol klubu olacaq

Şəhidin adına futbol klubu olacaq
11:53 25 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə Fətullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhdi zamanı general Semih Terzini alnından vuraraq öldürən əsgər Ömer Halisdemirin adı futbol klubuna veriləcək.

Publika.az "Sabah"a istinadən xəbər verir ki, bu barədə "Trabzonspor" klubunun idarə heyətində yer alan Gökhan Saral açıqlama verib.

G.Saral bildirib ki, şəhidin doğulduğu Çukurkuyu bölgəsinin həvəskarlardan ibarət futbol komandası onun adını daşıyacaq: "Klubun adı Ömər Haliskaya İdman Klubu olaraq dəyişdiriləcək. Biz də klub prezidenti Doğan Halidemirlə görüşmüşük. "Trabzonspor" olaraq, komandanın bütün ehtiyaclarını qarşılamaq üçün hər cür dəstək verəcəyik".

Qeyd edək ki, bununla yanaşı, "Trabzonspor" klubu şəhidin ailəsini "Akyazı" stadionunun açılışına dəvət edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR