Məlahət Abbasova bunu da etdi

Məlahət Abbasova bunu da etdi
12:18 25 Oktyabr 2016
210 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova Hüseyn Cavidin “İblis” əsərini səhnələşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə İnstaqram səhifəsində yazan aktrisa ortaya uğurlu iş çıxaracağına əmindir: “Mənim Azərbaycanlı bir sənət insanı olaraq ən böyük xəyalım Hüseyn Cavidin təhsil aldığı İstanbulda 1918-ci ildə yazmış olduğu və noyabrda səhnələşdircəyim “İblis” əsərini yüksək şəkildə təqdim etməkdir. Hüseyn Cavid bu əsəri yazanda bəlkə də heç ağlına da gəlməzdi ki, 100 il sonra Azərbaycandan biri gəlib, çox sevdiyi İstanbulda heyranı olduğu Türkiyədə “İblis”i səhnələşdirəcək. Özümü çox şanslı sayıram. Bu əsərin İstanbulda səhnələşdirilməsi Türkiyə daxil hörmətli baş nazirimizin və dövlət nümayəndələrimizin diqqət mərkəzindədir. Zəng edib maraqlanmaları, bir köməyə ehtiyacım olub-olmamasını soruşmaları hər zaman mənə dəstək oduqlarını söyləmələri, mənə çox böyük güc verir. Üzərimdə böyük məsuliyyət var. Bu tamaşa Cavid ruhuna, ulu öndərimizin ruhuna böyük hədiyyəm olacaq. Səni yaşatmaq, səsini bütün dünyaya çatdırmaq azərbaycanlı sənət adamı olaraq vətəndaşlıq borcumdur Cavidim. İnanıram ki, gözəl komandamla ruhunu şad edəcəyik”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR