Külli miqdarda dərman preparatları aşkar edildi - FOTO

Külli miqdarda dərman preparatları aşkar edildi - FOTO
12:22 25 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn, Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon "Kalsi Folinat", 9 flakon "Citozar", 6 flakon "Docetaxel AqVid ", 20 flakon "Gemcitabin", 98 flakon "Ciklofosfan", 9 flakon "Docetaxel Accord", 30 flakon "Oxaliplatin", 30 flakon "Oncosid" və hər birində 5 ampula olmaqla 6 qutu "Oncofluor"  dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR