Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Knessetin deputatı: "Qüdsün bölünməsinə hazır deyilik"

Knessetin deputatı: "Qüdsün bölünməsinə hazır deyilik"

Date: 25 October 2016 12:32

Bakı. 25 oktyabr. REPORT.AZ/ "İsrail-Fələstin münaqişəsinin "iki xalq üçün iki dövlət" prinsipi əsasında həllinə sadiqik".
Bunu "Report"a açıqlamasında İsrail Knessetinin üzvü, "Yeş Atid" partiyasının üzvü Yoel Razvozov deyib.
"Sülhə inanmaq çətindir, amma hesab edirəm ki, hərənin öz dövləti olması üçün uzaqlaşmaq lazımdır. Sadəcə, təmsil etdiyim partiya Qüdsün bölünməsinə hazır deyil", - deyə Y.Razvozov bildirib.
Knesset üzvü, həmçinin bəzi terror təşkilatlarını humanitar yardım çərçivəsində fələstinlilərə ayrılan pulları mənimsəməkdə ittiham edib:
"Məktəblər tikmək əvəzinə onlar tunellər, hərbi obyektlər tikiblər və ərazilərimizi atəşə tuturlar. Biz onların yaxşı təhsilinin, normal sosial təminatının olmasını istəyirik. Ancaq bütün bunlar bizə qarşı istifadə olunanda, sülh üçün ayrılmış pullar vətəndaşlarımızın qaçırılması məqsədilə tunellərin tikilməsinə sərf olunanda biz də müəyyən tədbirlər görmək məcburiyyətində qalırıq".
Y.Razvozov hazırda israillilər və fələstinlilər arasında heç bir danışığın aparılmadığını təəssüflə qeyd edib: "Hökumət bunun üçün heç nə etmir. Biz isə hesab edirik ki, danışıqlar masasına əyləşmək lazımdır. Əl uzatmağa hazırıq".
Bununla yanaşı, israilli parlamentari bildirib ki, İsraillə ərəb ölkələri arasında əməkdaşlıq olmalıdır: "Hesab edirəm ki, ABŞ fələstinliləri razılıq əldə edilməsinə məcbur edə bilməz. Bunu yalnız ərəb ölkələri bacarar. Buna görə də onlarla danışıqlar masasına əyləşməliyik. Səudiyyə Ərəbistanı Fələstin probleminin həllində strateji tərəfdaş ola bilər".

Tags:  Knessetin deputatı Qüdsün bölünməsinə hazır deyilik

RƏYLƏR


Top news