Milyarder qadın məşuqu ilə qaçmaq istədi, yıxıldı - FOTO

Milyarder qadın məşuqu ilə qaçmaq istədi, yıxıldı - FOTO
12:37 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur pivə istehsalçılarından olan "Guinness" şirkətinin varisi, milyarder Dafna Ginnes fransız məşuqu ilə gəzintidə olarkən yıxılıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, 48 yaşlı Dafna Ginnes tanınmış fransız filosof Bernar-Anri Levinin sevgilisidr.

Di gəl, 67 yaşlı Levi evlidir: o, üçüncü nikahında aktrisa Ariel Dümballa izdivacdadır.

Sevgililər Londonun Meyfeyr səmtindəki "Claridges Hotel"dən çıxarkən reportyorlarla qarşılaşıblar.

Levi və Ginnes kameralardan yayınmaq üçün az qala qaçmağa başlayıblar. Bu zaman Dafna Ginnesin ayağı burxulub və o, yıxılıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/482842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR