Edam olunan məmur xalqa borcunu belə qaytarır – VİDEO

Edam olunan məmur xalqa borcunu belə qaytarır – VİDEO
13:08 25 Oktyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Çində oğurluqda ittiham olunaraq ölüm cəzasına məhkum edilən məhbuslar boynunun arxasına güllə vurmaqla edam edilir. Amma bəzən qurbanı ölümcül iynə ilə həyatdan məhrum edilər. Hesab edilir ki, daha “humanist” metoddan istifadə edirlər.

Daha sonra isə öldürülən məhbusun bədənini bütün orqanlardan azad edirlər. Həmin orqanlardan isə transplantasiya üçün istifadə olunur. Beləliklə, oğurluq üstündə tutulmuş məmur öz xalqına olan borcu qaytarmış olur.

Müasir mədəni cəmiyyətdə ölüm cəzası qanunsuzdur və yaxud da onu yalnız fövqəladə dərəcədə ağır cinayətlərə görə tətbiq edirlər. BMT-nin məlumatına görə, dünyanın təqribən 170 ölkəsində ölüm hokum ya ləğv edilib, ya da heç zaman onu tətbiq etməyiblər.

Ancaq Çində ölüm cəzası kifayət qədər geniş tətbiq edilir. Rüşvətxorluq, vergidən yayınma, brakonyerlik (xüsusi halda, amur pələnginin ovlanması) və başqa bu kimi cinayətlərin qarşılığı belə ölüm hökmüdür. Edam olunan məhbuslardan isə orqan ticarətində geniş istifadə olunur.

Qətllər və edam cəzaları necə biznesə çevrildi? – Orqan ticarəti haqqında ŞOK FAKTLAR

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR