Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Futbol klubu şəhidin adını daşıyacaq

Futbol klubu şəhidin adını daşıyacaq

Əsgər yoldaşları şəhidin adını ataqcaqları raketə yazdılar - FOTO (06 Mart 2017 13:17)
"Qalatasaray" baş məşqçisinin adını rəsmən açıqladı (15 Fevral 2017 18:58)

Tarix: 25 Oktyabr 2016 13:12

Türkiyədə Fətullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhdi zamanı general Semih Terzini alnından vuraraq öldürən əsgər Ömer Halisdemirin adı futbol klubuna veriləcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Trabzonspor" klubunun idarə heyətində yer alan Gökhan Saral açıqlama verib.

G.Saral bildirib ki, şəhidin doğulduğu Çukurkuyu bölgəsinin həvəskarlardan ibarət futbol komandası onun adını daşıyacaq: "Klubun adı Ömər Halisdemir İdman Klubu olaraq dəyişdiriləcək. Biz də klub prezidenti Doğan Halisdemirlə görüşmüşük. "Trabzonspor" olaraq, komandanın bütün ehtiyaclarını qarşılamaq üçün hər cür dəstək verəcəyik".

Qeyd edək ki, bununla yanaşı, "Trabzonspor" klubu şəhidin ailəsini "Akyazı" stadionunun açılışına dəvət edib.

Milli.Az


Teqlər:  Futbol klubu şəhidin adını daşıyacaq



RƏYLƏR


Top xəbərlər