Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şabranda qardaş qardaşını baltaladı

Şabranda qardaş qardaşını baltaladı

Date: 25 October 2016 13:17

Şabran rayonunda 32 yaşlı kişi qardaşını baltalayıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisəyə səbəb mübahisə olub.
Belə ki, 32 yaşlı Vüsal Əsgərov yaşadığı evdə qardaşı Zəka Əsgərovla mübahisə edib. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı V.Əsgərov qardaşı Z.Əsgərovun baş nahiyəsinə balta ilə zərbə endirib. Ağır xəsarət alan Z.Əsgərov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Əsgərovun vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə V.Əsgərov saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Milli.Az


Tags:  Şabranda qardaş qardaşını baltaladı

RƏYLƏR


Top news