Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın fond bazarına yeni alət çıxarılıb

Rusiyanın fond bazarına yeni alət çıxarılıb

Date: 25 October 2016 13:17

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiyanın "Bank VTB" ASC yerli maliyyə bazarında yeni məhsul tətbiq edib - bir günlük istiqrazaların yerləşdirilməsini həyata keçirib. "Report"un "Vesti"yə istinadən verdiyi xəbərə görə, nəzəriyyəyə əsasən, məhsulun maliyyə bazarında yüksək marağa səbəb olacağı gözlənilir.
"Bank VTB" investorlara 25 mlrd. rubl (405 mln. dollar) həcmində bir günlük istiqraz təklif etsə də, tələb cəmi 3 mlrd. rubl (48,5 mln. dollar) təşkil edib. İstiqraz üzrə illik gəlirlilik isə 10,26% olub. Bankdan verilən açıqlamaya görə, Rusiya maliyyə bazarında debüt edən bu məhsula tələbin aşağı olmasına səbəb bazar iştirakçılarının yeni məhsulun özünü necə göstərəcəyini görmək istəməsi ilə bağlıdır. Bank hesab edir ki, zəif tələb onlar üçün sürpriz olmayıb və getdikcə bu məhsula tələbin artacağını gözləyirlər. İlk gündə bir günlük istiqrazların əsas alıcıları orta ölçülü banklar olub.
"Bank VTB" ümumiyyətlə 5 trln. rubl (81 mlrd. dollar) həcmində bir günlük istiqraz yerləşdirməyi planlaşdırır. Yerləşdirmə hər gün həyata keçiriləcək, lakin bankın hər gün bazara çıxmaq kimi öhdəliyi yoxdur. Başqa sözlə, Bank cari likvidliyinə əsaslanaraq emissiyanı istədiyi zaman həyata keçirəcək. 
"Bank VTB"-nin bir günlük istiqrazları onun Mərkəzi Bankda depozit yerləşdirməsinə alternativ maliyyə aləti ola biləcək. Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin hesab edir ki, bir günlük istiqrazlar bank sistemində likvidliyin bərabər paylaşdırılmasına səbəb olacaq.

Tags:  Rusiyanın fond bazarına yeni alət çıxarılıb

RƏYLƏR


Top news