"Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsinin təqdimatı olub

"Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsinin təqdimatı olub
13:17 25 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" adlı layihənin təqdimatı olub. 
"Report"un məlumatına görə, tədbirdə dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşəbbüsü ilə hazırlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan gender əsaslı zorakılığın qarşısının alınmasına həsr olunan layihə təqdim olunur: "İki il müddətində davam edəcək layihənin əsas məqsədi müvafiq dəstək və istiqamətləndirilmə mexanizminin yaradılmasıdır. Gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli iş birliyinin olması çox vacibdir". Onun sözlərinə görə, artıq kifayət qədər mütəxəssislər və onlar qadın və uşaq hüquqlarının müdafiəsi, o cümlədən qanunvericilik sahəsinin gücləndirilməsi və digər istiqamətləri də beynəlxalq səviyyədə öz təcrübələri ilə bölüşə bilərlər.
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa deyib ki, zorakılıqla bağlı Azərbaycan hökumətinin gördüyü bütün işlər alqışa layiqdir: "Sözsüz ki, bir çox məhdudiyyətlər hələ də qalır. Gender əsaslı yanaşmaya hərtərəfli və ardıcıl yanaşdıqda bu problem davamlı və hərtərəfli həll oluna bilər".
USAİD-in missiya rəhbərinin müavini William Gill isə vurğulayıb ki, bu gün dünyada hər üç qadından biri fiziki, yaxud cinsi zorakılığa məruz qalır: "Bu cür zorakılıqlar həm emosional travmalara, həm də fiziki əlilliyə gətirib çıxarır, bəzən ölümlə də nəticələnir. Eyni zamanda, bu, fiziki və ya cinsi emosinal problemlər yaratmaqla bərabər, həm də iqtisadi məhdudiyyətlərlə bağlı zorakılığa gətirib çıxarır. Bu cinayət insan kapitalını, resurslarını məhdudlaşdırır".
Tədbirin davamında gender əsaslı zorakılığın cəmiyyətə vurduğu zərərin müxtəlif aspektləri barəsində müzakirələr aparılıb.











Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-gender-esasli-zorakiliqla-mubarize-layihesinin-teqdimati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR