16 yaşlı müğənni homoseksuallarla səhnədə - video

16 yaşlı müğənni homoseksuallarla səhnədə - video
13:21 25 Oktyabr 2016
92 Şou
Ölkə mətbuatı
A- A+

Gecə klublarında səhnəyə çıxması qadağan edilən 16 yaşlı Aleyna Tilkinin yeni görüntüləri müzakirələrə səbəb olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçının homoseksual klubda səhnəyə çıxması və geylərlə rəqs etməsi birmənalı qarşılanmayıb. Qısa ətəkdə konsert verən müğənninin ailəsinin də bu görüntülərə görə problemləri yarana bilər.

Ailə Nazirliyi artıq bir dəfə  Aleynanın ailəsinə xəbərdarlıq edib. Təzyiqlərdən bezən və ailəsinin istəyi ilə məktəbi tərk etdiyi deyilən A.Tilki Türkiyədə fəaliyyətini də dayandırmaq fikrindədir.

O, valideynləri ilə birgə Almaniyaya köçmək və orada karyerasına davam etmək istəyir. Aleynanın ailəsi qızlarını hər zaman dəstəklədiklərini və onun səhnəyə çıxmasında problem görmədiklərini bildiriblər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR