WhatsApp-dan möhtəşəm YENİLİK

WhatsApp-dan möhtəşəm YENİLİK
13:22 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

WhatsApp uzun müddətdir gözlənilən video zəng dəstəyini istifadəçilərlə görüşdürdü. Tətbiqin Android platformasındakı beta versiyası ilə artıq video görüşmələri edə bilərsiniz.

Milli.Az technote.az-a istinadən bildirir ki, android üçün WhatsApp tətbiqinin beta versiyasına uzun müddətdir gözlənilən video zəng xüsusiyyəti nəhayət ki gəldi. WhatsApp üzərindən eynilə Skype və ya Facetime-da olduğu kimi video konfrans edə bilməyinizə şərait yaradan yeni xüsusiyyətlə artıq internet üzərindən video zənglər edə biləcəksiniz.

Əgər videozənglə əlaqə saxlamaq istədiyiniz şəxsdə WhatsAppın ən son versiyası yüklü deyilsə, həmin şəxsə yenilənmə etməsi barədə bildiriş gedir.

WhatsApp video dəstəyi hansı versiyadadır?

Tətbiqin 2.16.318 versiyası ilə birlikdə istifadəyə verilən videozəng xüsusiyyəti hazırda olduqca qərarlı bir şəkildə işləyir. Bir milyarddan artıq istifadəçisi olan WhatsApp bu xüsusiyyətlə birlikdə Google-un Duo tətbiqi ilə birlikdə digər mesajlaşma tətbiqlərinə rəqib olur.

Son vaxtlarda yenilənmələr ilə fasiləsiz olaraq inkişaf etməyə cəhd edən WhatsApp keçdiyimiz günlərdə Snapchat oxşarı xüsusiyyətləri də istifadəçilərinə təqdim etmişdi.

Əgər WhatsApp video zəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/482967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR