"ABŞ bizə xaltalı it kimi baxmamalıdır"

"ABŞ bizə xaltalı it kimi baxmamalıdır"
13:22 25 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

"Bundan sonra Filippində heç bir ölkənin hərbi bazası yerləşdirilməyəcək".

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Filippin prezidenti Rodriqo Duterte söyləyib.
 
Onun sözlərinə görə, ABŞ Filippinə xaltalı it kimi baxmamalıdır. O, Vaşinqtonla müdafiə sahəsində genişləndirilmiş əməkdaşlıq haqqında müqaviləyə prezident olduğu müddət ərzində qol qoymayacağını bildirib.
 
Qeyd edək ki, bundan öncə ABŞ-Filippin münasibətləri pisləşib. Bundan istifadə edən rəsmi Manila Vaşinqtonla hərbi əməkdaşlığa son verdiyini bəyan edib və Çinlə münasibətlərinin bərpasına başlayıb.
 
Filippin ABŞ-la 50 ildən çox hərbi müttəfiq olub.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR