“Paxmel”lər üçün bar açıldı: yumşaq döşək, əyləncə və...

“Paxmel”lər üçün bar açıldı: yumşaq döşək, əyləncə və...
13:23 25 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Amsterdamda “Paxmel”dən əziyyət çəkən insanlara kömək etmək üçün bar açılıb.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “The Hangover Bar”da spirtli içkilər verilmir.

Ziyarətçilərin bara girişindən əvvəl alkotesterin köməyi ilə orqanizmdə spirtli içkinin mövcudluğunu yoxlayırlar. İnsanlar barda çarpayılarda uzanaraq dincələ bilərlər. Çarpayıların hər birinin qarşısında televizor qoyulub. Həmçinin onlara vitaminlərin bol olduğu faydalı məhsullar təklif edilir. Bundan başqa, alkoqoldan əziyyət çəkənlər masaj olunur.

“Paxmel”ə üstün gəlmək üçün yumşaq döşək, yemək, əyləncələr və bol vitamin lazımdır”, - “The Hangover Bar”ın sahiblərindən biri olan Yup Verbant deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR