İbrahim Tatlısəs nişanda Günelə nə hədiyyə etdi? - Atasından açıqlama

İbrahim Tatlısəs nişanda Günelə nə hədiyyə etdi? - Atasından açıqlama
13:29 25 Oktyabr 2016
502 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün müğənni Günel Zeynalovanın Türkiyədə nişan mərasimi keçirilib.

 

Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, bu barədə sənətçinin atası Rəhman Zeynalov məlumat verib. Onun sözlərinə görə, nişan mərasiminə ailəyə yaxın qonaqlar dəvət olunub: “Nişan mərasimi çox gözəl keçdi. Böyük bir orkestr və tanınan sənətçilər dəvət olunmuşdu. Çox adama əziyyət vermədik”.

 

R.Zeynalov bildirib ki, Güneli təbrik edənlər arasında Türkiyənin tanınmış sənətkarı İbrahim Tatlısəs də olub: “Şəxsən özü telefonla Güneli təbrik etdi. İbrahim Tatlısəs İzmirdə idi. Əvəzində isə oğlu Əhməd Tatlısəs orada idi. Amma toy mərasimində İbrahim Tatlısəs Günelin yanında olacaq. Günelə çox hədiyyələr gəlmişdi. İbrahim Tatlısəs də Günelə qızıl göndərmişdi”.

 

R.Zeynalov Günelin toyunun məhərrəmlik ayından sonra baş tutacağını dedi: “Toya bütün sənət adamlarını dəvət edəcəyik”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR