Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Osmanlının gəmiləri tapıldı - FOTO

Osmanlının gəmiləri tapıldı - FOTO

Date: 25 October 2016 13:37

Alimlər Osmanlı və Bizans imperiyalarının qədim gəmilərinin qəbristanlığını tapıblar. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, "Maritime Archaeology Project" beynəlxalq arxeoloji qrupun alimləri Qara dənizin dibini öyrənərkən təsadüfən qədim gəmilərin qəbristanlığına rast gəliblər. 

Arxeoloqlar hesab edirlər ki, tapılan təxminən 40 gəmi Osmanlı və Bizans imperiyalarına məxsusdur. 

Layihənin rəhbəri, professor Con Adams bildirib ki, təəccüblü olsa da, gəmilər yaxşı vəziyyətdə qalıblar: "Oksigenin olmadığı şəraitdə, təxminən 150 metrdən çox dərinlikdə onlar yaxşı vəziyyətdədirlər".

Qeyd edək ki, ekspedisiyanın başlıca məqsədi geofiziki tədqiqatlar aparmaq olub. Kəşfiyyat zamanı alimlər batmış gəmiləri təsadüfən aşkarlayıblar.

Hazırda alimlər tapılan gəmiləri xüsusi elektron sistem vasitəsilə tədqiq edirlər. 

Milli.Az







Tags:  Osmanlının gəmiləri tapıldı FOTO

RƏYLƏR


Top news