İqtisadi Palata Azərbaycandakı maraqlarını açıqladı - FOTO

İqtisadi Palata Azərbaycandakı maraqlarını açıqladı - FOTO
13:52 25 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xorvatiya Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlıdır".

Milli.Az bildirir ki, bu barədə Xorvatiya İqtisadi Palatasının rəhbəri Luka Buriloviç Bakıya səfəri çərçivəsində Trend və Azernews-a özəl müsahibəsində deyib.

O bildirib: "Ümid edirəm ki, bu səfər Azərbaycan sərmayələrinin Xorvatiyada artırılmasına gətirib çıxaracaq. Bu səfərin məqsədlərindən biri Azərbaycanın potensial sahibkar və sərmayəçilərinə mesaj verməkdir ki, Mərkəzi Avropada yerləşən və Aİ üzvü olan Xorvatiya biznes və investisiya yatırımı üçün əlverişli ölkədir, müştərək layihələr üçün xeyli imkanlar var".

Xorvatiyada mövcud investisiya mühitindən ətraflı danışan L.Buriloviç qeyd edib ki, ölkə qanunları xarici investorlara xorvatiyalı investorlara verilən eyni hüquqları təqdim edir.

Palata rəhbəri çoxsaylı güzəştlərə də toxunub. Qeyd edib ki, vergi güzəştləri, təhsil və məşğulluqla bağlı güzəştlər, eləcə də investisiya layihələri üçün əlavə stimullar var.

L.Buriloviç vurğulayıb ki, Xorvatiya "Doing Business" Ümumdünya Bankının 2016-cı il üzrə reytinqində dünyanın 189 ölkəsi arasında 40-cı yeri tutur.

Palata rəhbəri bildirib ki, bu gün bir sıra Xorvatiya şirkətləri Azərbaycandan olan tərəfdaşları ilə, xüsusən də İKT, gəmiqayırma, energetika, yeyinti və əzcaçılıq sahələrində uğurlu əməkdaşlıq qurub: "Lakin tərəflər əməkdaşlıq üçün daha böyük potensiala malikdir".

L.Buriloviç deyib ki, yuxarıda qeyd olunan sahələrdən əlavə, infrastruktur, metallurgiya və kimya sənayesi, neft-qaz, tikinti, turizm sahələrində əməkdaşlıq üçün imkanlar mövcuddur.

Onun sözlərinə görə, Xorvatiya şirkətləri Avropa ölkələrinə istiqamətlənsə də, Azərbaycan kimi ölkələrlə də əməkdaşlıq etməyə hazırdırlar:

"Bizim ikitərəfli ticarət dövriyyəmizin real potensiala uyğun gəlməməsinin səbəblərindən biri imkanlar və hər iki ölkədə biznes mühiti haqqında məlumatın olmamasıdır. Ona görə də Xorvatiya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri iş adamlarının bir-biriləri haqqında məlumat əldə etməsi, əlaqələr qurması baxımından mühüm əhəmiyyət kəsb edir və ümid edirik ki, bu səfər konkret razılaşmaların əldə olunmasına səbəb olacaq".

O qeyd edib ki, hər bir ölkənin iqtisadi inkişafı yalnız siyasi və institusional dəstək sayəsində güclü ola bilər: "Məhz buna görə də hər iki ölkənin dövlət başçısı - Azərbaycan prezidenti İlham Əliyevə və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçə minnətdarıq ki, Xorvatiya biznes nümayəndə heyətinin bu səfəri onların rəsmi görüşünə ən yüksək səviyyədə uyğunlaşdırıldı".

Nümayəndə heyətinə Xorvatiyanın 35 şirkətindən 60 nümayəndə daxildir.

L.Buriloviç bildirib ki, o, 110 mindən çox iştirakçısı olan Xorvatiya İqtisadiyyat Palatasının rəhbəri kimi, Azərbaycan şirkətlərinə onların Xorvatiya bazarında fəaliyyətlərinin bütün mərhələlərində tam dəstək təklif edə bilər: "Biz 164 ildən çox fəaliyyət göstərərək, Xorvatiyada bizneslə məşğul olmaq istəyən bütün xarici şirkətlər üçün etibarlı partnyoruq".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR