Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cavid Qurbanov "Neftçi"nin sabiq direktoruna iş verdi

Cavid Qurbanov "Neftçi"nin sabiq direktoruna iş verdi

Date: 25 October 2016 13:57


Azərbaycan voleybolunda ciddi islahatlara başlanılıb. Fanat.Az xəbər verir ki, Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

 

Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.

 

İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də “Azərreyl” və “Lokomotiv”ə rəhbərlik edəcək. “Azərreyl”in yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və “Lokomotiv”də eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaq.

 

Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və “Neftçi” futbol klubunda icraçı direktor vəzifəsində çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.

 

Qeyd edək ki, Əfəndiyev “Azərreyl”də Hicran Vahabovu əvəzləyib. “Lokomotiv” isə ötən ilki “Gənclik”di ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.


(apasport.az)



Tags:  Cavid Qurbanov Neftçinin sabiq direktoruna verdi

RƏYLƏR


Top news