"Bakcell" və "Unibank" bazara yeni kart məhsulu çıxarıb

"Bakcell" və "Unibank" bazara yeni kart məhsulu çıxarıb
13:57 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti "Unibank” ASC ilə birlikdə təqdim etdiyi “Albukart” adsız debet kartının əlavə üstünlüklərini açıqlayıb.
Şirkətdən “Report”a verilən məlumata əsasən, 3 manat ödəməklə 18 yaşına çatan istənilən şəxs kampaniya çərçivəsində “Albukart” əldə etməklə "SMS Banking" xidmətinə pulsuz qoşulma, cəmi 1% nağdlaşdırma komissiyası, karta bağlı nömrəyə “Bakcell”dən 50 dəqiqə, “Albukart”la “Bakcell” nömrəsinin balansına yüklənən hər 5 manat üçün karta bağlı nömrəyə şirkət tərəfindən 30 dəqqiqə şəbəkədaxili danışıq hədiyyə, kartı “Unibank”da ada rəsmiləşdirməklə həm karta yerləşdirilən vəsaitə illik 6%-dək depozit faizi, həm də kartın istifadə imkanlarından daha çox faydalanmaq fürsəti, alış-veriş zamanı 20%-dək “cash back” (ödənişin bir hissəsinin qaytarılması) üstünlüklərini qazanacaqlar.
“Albukart”ı “Unibank”ın Bakı filialları və “Bakcell”in xidmət mərkəzlərinə müraciət edərək 3 manata əldə etmək olar. Şirkətin təklif etdiyi bonuslardan faydalanmaq üçün kart yalnız “Bakcell” nömrəsinə qoşulmalıdır.
Qeyd edək ki, “Albukart” bazarda ilk bankda hesab açmadan anonim şəkildə maliyyə xidmətlərindən istifadə etmək üçün fərqli imkanlar yaradan kartdır. Kart sahibini dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş zamanı nağd ödəmə yükündən azad edir və bir sıra üstünlüklər verir. Karta vəsaiti istənilən vaxt “Unibank”ın "cash-in" ATM-ləri və "eManat" ödəmə terminalları vasitəsilə yükləmək olar.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakcell-ve-unibank-bazara-yeni-kart-mehsulu-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR