Təhsil Nazirliyində çalışan qadınların sayı açıqlanıb

Təhsil Nazirliyində çalışan qadınların sayı açıqlanıb
14:07 25 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrin rəhbərlərinin əksəriyyəti qadınlardır”.
“Report”un xəbərinə görə, bunu nazirliyin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.
Onun sözlərinə görə, 4 ali təhsil müəssisəsinin rektoru qadındır: "Universitetlərdən 12-nin prorektorlarından biri, 7 orta ixtisas təhsili müəssisəsinin direktoru xanımlardır. Bundan başqa, orta ixtisas təhsili müəssisəsində 21-nin direktor müavini, 12 ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru, 16 direktor müavini, 1202 (26,5 %) məktəb direktoru qadındır".
Nazirlik rəsmisi qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 31 779 nəfərdən 23 411-i qadın olub, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin ediliblər.
Elm sahəsində də qadınların sayının ilbəil artdığını vurğulayan M.Hacıyeva bildirib ki, hazırda 2 070 nəfər doktorantdan 1 052 nəfəri qadındır: “Təhsil Nazirliyində çalışan 160 dövlət qulluqçusundan qadın qulluqçularının sayı isə 57 nəfərdir”.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehsil-nazirliyinde-calisan-qadinlarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR