Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib

Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkmiş ifadə verib
14:07 25 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İslam Aslanov, şahidlər Gündüz Abbasov ilə Hidayət Süleymanov ifadə veriblər.
İ.Aslanov bildirib ki, hadisə günü evdə olub: "Yanğın günü evdə oturmuşduq. Həyat yoldaşım çöldən səs gəldiyini dedi. Pəncərəyə yaxınlaşanda həyətdə hər kəsin toplaşdığını və binanın yandığını gördüm. Sonra aşağı qaçdıq. Binaya elə bil benzin tökülmüşdü. Yanğın hər yana yayılırdı. Evdə olan hər şey yandı".
Şahid G.Abbasov ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən F.Sadıqovu tanıyır: "Mən zavoda işə sinif yoldaşım İlham müəllimin dəvəti ilə gəlmişəm. Fərid Sadıqovu da həmin zaman orada İlham müəllimin yanında görmüşəm. Zavoddun mühasibatlıq işində kömək etmişəm".
Hakim G.Abbasovun ilkin ifadəsini elan edib.
H.Süleymanov da təqsirləndirilən şəxslərdən F.Sadıqovu tanıdığını bildirib. Onun sözlərinə görə, zavodun tikintisi 3 il ərzində baş tutub: "Mən zavodda texniki işlərin görülməsi ilə məşğul olmuşam. Zavodun istehsal etdikləri məhsulları ilə əlaqəm yox idi. Bu, mənim işim deyildi. Həmin zavodda çalışan zaman ora rəhbərlik edənin Mamed müəllim olduğunu bilirdim. Mərhum Nüsrət Muxtarov isə tikinti işləri üzrə müavin vəzifəsində çalışırdı".
Daha sonra hakim bildirib ki, təqsirləndirilən mərhum N.Muxtarovun nümayəndəsi olan onun oğlu Asif Muxtarov hərbi xidmətə gedib: "Bundan sonra mərhumun nümayəndəsi N.Muxtarovun qardaşı Elşən Muxtarov olacaq".
Məhkəmənin növbəti prosesi noyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, N.Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Kamçatka silkələndi

31 Mart 2017 04:34

Aleksis Sançezin transferi ilə bağlı üstüörtülü açıqlaması

31 Mart 2017 04:32

“Ölüm mələyi”ni kamerada döyüb öldürdülər

31 Mart 2017 04:09

Bakıda avtobus piyadanı vurdu

31 Mart 2017 03:53

Qəbələdə kişi həyat yoldaşını qətlə yetirib

31 Mart 2017 03:45

Ollandın “Feysbuk” səhifəsi dağıdıldı

31 Mart 2017 03:44

Fars Körfəzində villa - FOTO

31 Mart 2017 03:32

Rusiyada güclü zəlzələ oldu

31 Mart 2017 03:28

Şamaxıda 2 ev yandı

31 Mart 2017 03:14

Tarixin ən qanlı müharibələri - FOTOLAR

31 Mart 2017 02:58

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32