Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İbrahim Tatlısəs nişanda Günelə nə hədiyyə etdi? - Atası AÇIQLADI

İbrahim Tatlısəs nişanda Günelə nə hədiyyə etdi? - Atası AÇIQLADI

Date: 25 October 2016 14:12

Ötən gün müğənni Günel Zeynalovanın Türkiyədə nişan mərasimi keçirilib.

Milli.Az aznews.az-a istinadən bildirir ki, bu barədə sənətçinin atası Rəhman Zeynalov məlumat verib. Onun sözlərinə görə, nişan mərasiminə ailəyə yaxın qonaqlar dəvət olunublar: "Nişan mərasimi çox gözəl keçdi. Böyük bir orkestr və tanınan sənətçilər dəvət olunmuşdular. Çox adama əziyyət vermədik".
 
R.Zeynalov bildirib ki, Güneli təbrik edənlər arasında Türkiyənin tanınmış sənətkarı İbrahim Tatlısəs də olub: "Şəxsən özü telefonla Güneli təbrik etdi. İbrahim Tatlısəs İzmirdə idi. Əvəzində isə oğlu Əhməd Tatlısəs orada idi. Amma toy mərasimində İbrahim Tatlısəs Günelin yanında olacaq. Günelə çox hədiyyələr gəlmişdi. İbrahim Tatlısəs də Günelə qızıl göndərmişdi".
 
R.Zeynalov Günelin toyunun məhərrəmlik ayından sonra baş tutacağını dedi: "Toya bütün sənət adamlarını dəvət edəcəyik".

Milli.Az


Tags:  İbrahim Tatlısəs nişanda Günelə hədiyyə etdi Atası AÇIQLADI

RƏYLƏR


Top news