“Ögey ana” maşına əyləşdi və..." – FOTOLAR

“Ögey ana” maşına əyləşdi və..."  – FOTOLAR
14:18 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti, teatr və kino aktrisası Nəcibə Məlikovanın doğum günüdür.

N.Məlikova ilə “Əhməd haradadır” filmində tərəf müqabili olan Əməkdar artist, rejissor və aktyor Elxan Qasımov onunla bağlı xatirələrini Publika.az-la bölüşüb: “Hacıkənddə Nərgiz xalanın mənim maşınımı sürüb getməsi kadrı çəkilirdi. Nəcibə xanıma maşın sürməyi öyrətsələr də hər ehtimala qarşı, xəlvəti içəridə bir nəfər gizlənib nəzarət edirdi. İndi maşındır da, hər hadisə ola bilərdi. Nəsə, çəkiliş zamanı elə oldu ki, Kamil adlı həmin şəxs gecikdi və maşını Nəcibə xanım nəzarətsiz olaraq sürməli oldu. O da naşı idi deyə qəfildən maşın geri getməyə başladı. Tez özümü maşına atıb sükanı tutdum və maşını dayandırdım. Çəkiliş təbii alındı, hamı məni təriflədi. Bir onda gördüm ki, Nəcibə xanım qışqırır. Çaşıb qaldım. Sən demə, mən həyəcandan onun ayağını tapdalamışam və geyindiyi “kapron” corab cırılıb. Çox pis oldum və qaşqabağımı salladım. Adil müəllim Nəcibə xanıma başa saldı ki, əgər Elxan tez tərpənməsəydi, pis hadisə baş verə bilərdi. Bundan sonra Nəcibə xanım mənə baxıb zarafatla “qaşqabağını sallama” dedi. Hər halda o, məndən heç vaxt üzr istəməzdi, çünki Nəcibə xanım çox qürurlu bir qadın idi”.

Qeyd edək ki, Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub.

İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib.

Burada bir neçə tamaşada çıxış edərək Bakıya gəlib və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Nəcibə Məlikova kinoda uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Aktrisa 1959-cu il iyunun 10-da əməkdar, 1974-cü il iyun 1-də isə xalq artisti fəxri adlarına layiq görülüb.

1992-ci ilin iyulun 6-da vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.

Cəvahir





OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tillerson Ankarada ilk görüşünü keçirdi - VİDEO

30 Mart 2017 13:03

Bakıda quldurluqla məşğul olan dəstə yaxalandı

30 Mart 2017 12:59

Yaşayış binasında yanğın

30 Mart 2017 12:59

Hava ilə bağlı XƏBƏRDARLIQ edildi

30 Mart 2017 12:57

Ailəsinə ev almaq üçün bakirəliyini 2.3 milyona satdı - FOTO

30 Mart 2017 12:57

"İnter" "Qəbələ"yə, "Neftçi" "Qarabağ"a qarşı - YENİLƏNİR

30 Mart 2017 12:57

Metroda öpüşməyə hazırlaşırsınız, çox gözəl!

30 Mart 2017 12:55

Qonşumuz döyüş hazırlığına BAŞLADI: Ukraynadan Qarabağa qədər HÜCUM PLANI

30 Mart 2017 12:53

Polkovnik Ramaldanov: "Hədə-qorxu dolu bəyanatlar ermənilərin faciəsinə gətirib çıxaracaq"

30 Mart 2017 12:52

“Park Bulvar”da cinayət törətmiş qız tutuldu

30 Mart 2017 12:49

Bu da OLDU: 18 yaşlı qız canlı yayımda BAKİRƏLİYİNİ... - FOTO/VİDEO

30 Mart 2017 12:48

Ronaldu: "Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın”

30 Mart 2017 12:47

"İslam Həmrəyliyi İli"ndə gənclərə töhfə - FOTO

30 Mart 2017 12:47

Maşını harda saxladığını unutdu, polisə şikayət etdi

30 Mart 2017 12:44

“Azərbaycanda olan sabitlik bəzi ölkələrdə qısqanclıqla qarşılanır”

30 Mart 2017 12:43

"Yuventus" "Milan"la danışıqlara başlayıb

30 Mart 2017 12:42

“Air France” şirkətinə məxsus təyyarədə QORXULU OLAY

30 Mart 2017 12:42

Nazirlikdən təhlükəli hidrometeoroloji hadisə haqqında XƏBƏRDARLIQ

30 Mart 2017 12:38

189 Taksi xidmətindən öpüşməyə yer axtaranlara SÜRPRİZ - FOTO

30 Mart 2017 12:38

Bakıda avtomobillərin şüşələrini sındırıb qaçdılar – MÜƏMMALI OLAY

30 Mart 2017 12:37

Yevlaxda silahlı insident: ölən var

30 Mart 2017 12:37

Bu il “Android” üçün əlavələrə xərclər “iOS” proqramlarına xərcləri üstələyəcək

30 Mart 2017 12:35

HƏBSXANADA DİN DAVASI - “Halalıq istədim, dedi qiyamətdə görüşərik”

30 Mart 2017 12:34

“Diriliş Ertuğrul”da şok ayrılıq

30 Mart 2017 12:34

İntim səhnələri ilə olay yaradan Serenay danışdı: “Qadın olaraq...” - FOTO

30 Mart 2017 12:33

Yevlax sakini həmyerlisini güllələdi

30 Mart 2017 12:28

"Məmurların zəbt etdikləri torpaqların araşdırılması üçün komissiyası yaradılsın" - Deputat

30 Mart 2017 12:27

Təhsil Nazirliyindən attestatlarla bağlı YENİ AÇIQLAMA

30 Mart 2017 12:27

Nəsimi Paşayev: "Bakı metrosu belə hadisə olarkən polisə müraciət edir"

30 Mart 2017 12:27

Zəhərlənən tələbə "McDonalds"ı məhkəməyə verir - FOTO

30 Mart 2017 12:27

Məşhur repçi futbol klubu yaradır

30 Mart 2017 12:27

Harvard və Dyuk universitetlərinin məzunu UNEC-də olub

30 Mart 2017 12:24

Qış paltarlarınızı çıxarmağa tələsməyin...

30 Mart 2017 12:24

Havaya sovurulan MİLYONLAR: “Bandit”lərə və seksual oyunlara xərclənən astronomik pullar - FOTO/VİDEO

30 Mart 2017 12:23

"Ermənistan işğal etdiyi əraziləri geniş istismar edir"

30 Mart 2017 12:22

Seda Sayanın əmlakını öz adına keçirmək istədi, ayrıldılar

30 Mart 2017 12:22

İngiltərə şantaj edilir, Merkel paralel müzakirəni rədd etdi

30 Mart 2017 12:20

Azərbaycanda daha bir qətl: güllələyib öldürdü

30 Mart 2017 12:19

Müasir qadınları çılpaq deyil, örtülü geyindirən dizayner - FOTOLAR

30 Mart 2017 12:18

Unibank Mobile-dan artıq planşetlərdə də istifadə mümkündür

30 Mart 2017 12:17

Ana qızının fotosunu Facebook-da paylaşdı, qalmaqal qopdu - FOTO

30 Mart 2017 12:17

Xəzərdə fırtına həyəcanı: Neftçilər evakuasiya edildi

30 Mart 2017 12:17

Xəzərdə fırtına həyəcanı

30 Mart 2017 12:16

“Neymar Mourinyonun yanına getməkdənsə...” – Ronaldo

30 Mart 2017 12:14

UEFA-dan güzəşt: “Zirə” avrokuboklara buraxıldı

30 Mart 2017 12:12

Yanğınsöndürən maşın piyadaları vurdu - Ölən var

30 Mart 2017 12:12

Deputat: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün hər cür şərait yaradılıb"

30 Mart 2017 12:12

Sarkisyan Qarabağa iki döyüş vertolyotunun müşaiyəti ilə uçub

30 Mart 2017 12:12

Mətanət İsgəndərlinin yeni duet ortağı o oldu - VİDEO

30 Mart 2017 12:09

Gözə-göz, dişə-diş? - Moskva və Ankara arasında YENİ MÜHARİBƏ

30 Mart 2017 12:08